Qara dağların onulmaz gurultularından
Şirin laylalara çağırdım gərək duyasan
Ömrün axıb getdiyi yalan bulaqlarından
Dadlı anılara səslədim gərək duyasan
Bir şeir kimi imiş ötən bu illərimiz
Biz boyda olardı da indi çiçəklərimiz
Bir dumandı, artıq sovruldu əməklərimiz
Bax bir bir deyirəm özün gərək anlayasan
Danışdıklarım bir nağıl kimi gəlir sənə
Ancaq lap soyuq bir külək kimi gəlir mənə
Könlün başqa deyir dilin desə də mənə nə
Gör bir bir deyirəm özün gərək dinləyəsən
Hansı özgə rüzgar darayır kirpiklərini
Hansı yad dodaq öpür indi ağ əllərini
Hansı qəribə baxış sezir o gözlərini
Soruşuram bir bir özün gərək danışasan
Bu ürəyim qayıtmaz daha ölsə eşqindən
Birce artıq söz demez qəhr olsa nifrətindən
İslaq islaq baxsa da sağalmaz özləmindən
Bir sazdı qırıq telli, özün gərək susasan.